MDB
Doğum evi vuruldu, yaralananlar var
Rusiya ordusu Ukraynanın Zaporojye şəhərində yerləşən doğum evinə zərbə endirib.
Publika.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, tibb müəssisəsinə hücum zamanı xəsarət alanların sayı 6 nəfərə çatıb. Yaralılar arasında həkim müayinəsində olan iki qadın da var. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.
İ.Fyodorov tibb müəssisəsinin konkret hansı silahla vurulduğunu açıqlamasa da, hücumdan az əvvəl şəhərin "Şahed" tipli pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alındığı bildirilmişdi.
Dəqiqləşdirilmiş məlumata görə, sonuncu hücumda xəsarət alanlar 4 yaşlı uşaq və iki qadındır.
Hazırda şəhərdə hava həyəcanı siqnalı davam edir, sakinlərə sığınacaqlarda qalmaları tövsiyə olunur.
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı















.jpg)





















