Dünya
Məşhur brenddən körpə qidası ilə bağlı xəbərdarlıq - 50 ölkədən məhsullar geri çağırılır
"Nestle" körpə qidalarında “Bacillus cereus” bakteriyası mənşəli sereulid toksininin potensial mövcudluğu səbəbindən geri çağırma kompaniyasına başlayıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, geri çağırılan məhsullar əsasən SMA, BEBA, NAN və Alfamino kimi tanınmış brendlərin müəyyən partiya nömrələrini əhatə edir.
Geri çağırılma Türkiyə, Böyük Britaniya, Almaniya, Avstriya, Fransa, Çin, Avstraliya və Argentida da arasında olmaqla 50 ölkəyə aiddir.
Məlumata görə, qidaların tərkibdə yer aldığı ehtimal olunan toksin istiliyə son dərəcə davamlıdır və qaynar su ilə hazırlandıqda belə təsirini itirmir. İstehlak edildikdə, körpələrdə qusma, mədə sancıları, ishal və ürəkbulanma kimi qida zəhərlənməsi simptomlarına səbəb ola bilər.
Şirkətin məsələ ilə bağlı açıqlamasında geri çağırışın potensial riskləri aradan qaldırmaq üçün görülən profilaktik tədbir olduğu bildirilib.
Roza
-
Dünya06:16Üç həftəlik yanacaq ehtiyatı qaldı - Fəlakətli nəticələrə səbəb olacaq...
-
Qoroskop01:40Günün ulduz falı: Bu mövzularda ehtiyatlı olun!
-
Hadisə01:20Bakı-Quba yolunda dəhşətli qəza: Bacı və qardaş öldü
-
Kriminal00:35Əmisi tərəfindən öldürülən 14 yaşlı Həqiqətin FOTOSU
-
İdman1 Fevral 22:25Qurbanovdan qoldakı ofsayd şübhəsi ilə bağlı AÇIQLAMA
-
ABŞ1 Fevral 22:10ABŞ İrana hücum hazırlıqlarıa başladı
-
Dünya1 Fevral 20:28Mədənçilərin olduğu avtobusa dronlarla hücum edildi - Çoxlu sayda ölən var
-
Hadisə1 Fevral 19:00Əmi 12 və 14 yaşlı qardaşı uşaqlarını baltaladı - TƏFƏRRÜAT/YENİLƏNDİ








.jpg)


















.jpg)






