İdman
Messi "Qalatasaray"a gəlir? - Şərtləri açıqlandı
Futbol şərhçisi Levent Tüzemen Lionel Messinin xüsusi bir layihə çərçivəsində "Qalatasaray"a təklif edildiyini bildirib. Tüzemenin iddiasına görə, dünya ulduzu üçün "sarı-qırmızılı" kluba ABŞ-dən diqqətçəkən bir təklif daxil olub.
Publika.az xəbər verir ki, Levent Tüzemen açıqlamasında "Qalatasaray" rəhbərliyinin də bu əlaqəni təsdiqlədiyini, Messinin isə yalnız İstanbulda oynamaq şərti ilə qısamüddətli bir planı nəzərdən keçirdiyini deyib. O qeyd edib ki, argentinalı ulduz Amerika Liqasında oyun tempinin onun üçün yüksək olduğunu düşünür və Dünya Çempionatı 2026-ya zədə almadan hazırlaşmaq istəyir.
Məlumata görə, Messi səfər oyunlarında iştirak etməmək şərti ilə təxminən dörd ay ərzində 12 matçda forma geyinə bilər. Həmçinin "Qalatasaray"ın Türkiyə Kubokunun finalına yüksələcəyi təqdirdə, həmin qarşılaşmanın da Messinin planlaşdırılan oyunlarına daxil edilə biləcəyi müzakirə olunur.
Levent Tüzemen bunun rəsmi razılaşma olmadığını, sadəcə kluba daxil olan bir təklifdən ibarət olduğunu vurğulayıb. Hazırda təklifin qiymətləndirildiyi bildirilir. Qeyd edilir ki, "Inter Mayami"də çıxış edən Messi liqa fasiləsi dövründə fiziki formasını qorumağı hədəfləyir. (Oxu.az)
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var














.jpg)

















