İdman
Tarixinin ikinci bahalı transferi - “İnter Mayami” onu aldı
“İnter Mayami” hücumçusu Herman Berteramenin transferini açıqlayıb.
Publika.az xəbər verir ki, MLS klubunun 27 yaşlı hücumçu üçün “Monterrey” klubuna 15 milyon dollar (12,6 milyon avro) ödədiyi bildirilir.
Bu, Florida klubu üçün ikinci ən bahalı transferdir. Yalnız yarımmüdafiəçi Rodriqo De Paulun “Atletiko Madrid”dən alınması (15 milyon avro) daha baha başa gəlib.
Berterame Argentinada anadan olub. 2019-cu ildən bəri Meksikanın “Atletiko San Luis” və “Monterrey” klublarında oynayıb (bu mövsüm Meksika yüksək liqasında 24 oyunda 13 qol vurub).
Herman 2024-cü ildən Meksika millisində oynayır (8 oyun və 2 qol).
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial3 Aprel 18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu
































