İdman
Mourinyo “Real”la oyunlardan danışdı: Onlar əsl krallardır
“Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasının nəticələrini şərh edib.
Publika.az xəbər verir ki, 1/8 finala vəsiqə uğrunda Portuqaliya təmsilçisi Madridin “Real” klubu ilə qarşılaşacaq. Komandalar ÇL-in ümumi mərhələsinin 8-ci turunda da üz-üzə gəlmişdi. Həmin oyunda “Benfika” 4:2 hesablı qələbə qazanmışdı.
“Bizim cəmi iki variantımız var idi: “Real” və ya “İnter”. Seçim böyük deyildi. Bizə krallar düşdü. Bir neçə gün əvvəl “Real”ın futbolçusu oyundan sonra mənə formasını təklif edəndə, zarafatla həmkarlarıma onların qolda daşıdığı emblemi göstərdim. 15 titul… Onlar əsl krallardır. Bununla hər şey aydındır. Bu, sadəcə tarix deyil. Biz bu turnirin şübhəsiz ki, əsas favoritinə qarşı oynayacağıq. Amma bundan əvvəl bizi üç oyun gözləyir: “Tondela”, “Santa-Klara” və “Alverka” ilə. Bizim diqqətimizi məhz bu matçlara yönəltməyimiz lazımdır”, – deyə Mourinyo “Marca”ya açıqlamasında bildirib.
“Benfika” və “Real” arasında ilk oyun fevralın 17-də Lissabonda keçiriləcək.
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto













.jpg)


















