Dünya
Bin Ladenin gizləndiyi son qalanın sirri: Görün necə qorunurmuş - FOTOLAR
11 sentyabr 2001-ci ildə ABŞ-a təyyarə hücumlarının əsas təşkilatçısı "Əl Qaidə" terror qruplaşmasının lideri Üsəma bin Ladenin hücumu təşkil etdikdən sonra 10 il ərzində necə gizləndiyi uzun müddət müzakirə mövzusu olub.
Publika.az "Milliyet"-ə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının illərlə apardığı axtarışlardan sonra Bin Ladenin Pakistanın Abbottabad şəhərində yaşadığı müəyyən edilib.
Maraqlısı isə odur ki, onun son 5 il yaşadığı ev Pakistan Hərbi Akademiyasından cəmi 1 kilometr məsafədə yerləşib. Bin Ladenin gizləndiyi ev 2004-cü ildə onun ən yaxın "sirdaş"larından biri olan İbrahim Səid Əhməd tərəfindən saxta adla alınıb. Yüksək divarlarla əhatə olunan bu evin telefon və internet bağlantısı olmayıb. Ünsiyyət yalnız kuryerlər vasitəsilə qurulub.

Ev tamamilə özünü təmin edəcək şəkildə planlaşdırılıb, bağda tərəvəz yetişdirilib, toyuq, qoyun və inək saxlanılıb. Zibil belə çölə atılmayıb, yandırılıb.
Təhlükəsizlik tədbirləri son dərəcə sərt olub. Kənar şəxslərin, hətta uşaqların belə əraziyə girməsinə icazə verilməyib. Bin Laden ailəsindən və kuryerlərindən ayrı yaşayıb, ev daxilində dəmir darvazalarla qorunan bölmələr mövcud olub.

Evin yuxarı mərtəbəsi Bin Ladenin təbliğat videolarının hazırlandığı media mərkəzinə çevrilib. Onun kompüterlərində filmlər və video oyunlar da tapılıb. Uzun müddət evdən çıxmayan Bin Laden sonradan peyk nəzarətindən yayınmaq üçün bağda çardaq tikdirib və sadəcə gecələr gizli şəkildə çölə çıxıb.
2011-ci il mayın 1-dən 2-nə keçən gecə ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları Abbottabaddakı evdə əməliyyat həyata keçirib. “Neptunun Nizəsi” adlanan əməliyyat nəticəsində Üsamə bin Laden öldürülüb.

Həmin anlar ABŞ prezidenti Barak Obama, vitse-prezident Co Bayden və dövlət katibi Hillari Klinton tərəfindən canlı izlənilib. Obama daha sonra televiziya ilə xalqa müraciət edərək 10 illik axtarışın başa çatdığını elan edib.
Roza
-
İdman11:44Messinin həyat yoldaşı gündəmi bu FOTOLARLA "partlatdı"
-
Nida Xəbər 11:35Nazir generalın yerinə onu təyin etdi
-
İqtisadi gündəm11:05ŞAD XƏBƏR: Onlara iki dəfə artıq maaş veriləcək
-
İqtisadi gündəm09:56Qiyməti durmadan artır: Rekord səviyyəyə çatdı
-
Nida Xəbər 09:44Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində oldu - FOTO
-
Ekologiya08:47Alimlərdən sabahla bağlı XƏBƏRDARLIQ
-
Dünya07:55İki yüksək sürətli qatar relsdən çıxdı: Çoxlu sayda ölü var - YENİLƏNDİ
-
Banklar 07:35Bu ölkədə UNO xəbərdarlığı edildi - Hazırlaşın!




















.jpg)

















