Nida Xəbər
Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində oldu - FOTO
Leyla Əliyeva Adva Zəfər Muzey Kompleksində olub.
Publika.az xəbər verir ki, Adva Zəfər Muzeyi 1896-cı il martın 1-də Adva döyüşündə İtaliya işğalçıları üzərində qazanılan qələbəyə həsr olunan memorial kompleksdir. Kompleks Əddis-Əbəbə şəhərinin mərkəzində, vaxtilə ölkənin hər yerindən gələn efiopiyalıların Adva döyüşünə yollanmazdan əvvəl toplandığı məkanda yerləşir. Bu tarixi hadisə həm Efiopiya, həm də bütövlükdə Afrika qitəsi üçün xalqın azadlıq uğrunda nümayiş etdirdiyi birlik və qətiyyəti simvollaşdıraraq böyük əhəmiyyət kəsb edir. Sözügedən döyüşdə Efiopiya parlaq qələbə qazanaraq öz müstəqilliyini qoruyub və Afrika tarixində müstəmləkəyə çevrilməyən yeganə dövlət olub.
Memorialın girişində imperator II Menelik və imperatriçə Taytu Bitulun, eləcə də həmin dövrdə orduya rəhbərlik etmiş 12 generalın heykəlləri ucaldılıb.
Muzeydə pan-afrikaçılığa həsr olunan, Efiopiyanın digər Afrika ölkələri və onların liderləri ilə əməkdaşlığını vurğulayan xüsusi bölmə mövcuddur. Kompleksdə müxtəlif müasir və qədim sənət əsərləri ilə yanaşı, həmin dövrə aid nadir artefaktlar – qalxanlar, qılınclar, atıcı silahlar, sənədlər və digər tarixi relikviyalar nümayiş olunur. Kompleksə sərgi salonlarından əlavə, amfiteatr, kitabxanalar və gənclər mərkəzləri də daxildir.
***
Leyla Əliyeva Əddis-Əbəbənin ən böyük istirahət məkanı olan “Dostluq” Parkını da ziyarət edib.
Parkın mərkəzindəki möhtəşəm musiqili fəvvarənin nümayişi ətrafda sehrli bir atmosfer yaradıb. Azərbaycan xalq mahnılarının həzin sədaları altında rəqs edən su damlaları, musiqinin akkordları ilə harmoniya təşkil edərək zərif bir sənət əsərini xatırladıb.
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək













.jpg)































