MDB
Bu türk dövlətinin lideri də Trampın "Sülh Şurası"na qoşuldu - FOTO
Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ABŞ prezidenti Donald Trampın dəvəti ilə Qəzzada "Sülh Şurası"na qoşulub.
Publika.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat katibi Ruslan Jeldibay "Telegram"da bildirib.
"Prezident Qasım-Jomart Tokayev Qəzzada "Sülh Şurası"na qoşulmaq üçün rəsmi dəvət alan və Qazaxıstanın qurucu dövlətlərdən biri olmasına səbəb olan ilk dünya liderlərindən biri olub", - deyə Jeldibay vurğulayıb.
Qeyd olunur ki, Qazaxıstan prezidenti Trampa cavab məktubu göndərərək dəvətə görə minnətdarlığını bildirib və diplomatik təşəbbüsdə iştirak etməyə razılığını təsdiqləyib.
Xatırladaq ki, Qəzzada "Sülh Şurası"nın ilk üzvləri ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler və Dünya Bankının prezidenti Ajay Banqa olub.
Adəm

-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir






































