Tibb bacısı 5 günlük körpəni döyərək əlil etdi - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Tibb bacısı 5 günlük körpəni döyərək əlil etdi - FOTO/VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində əlil olduğu iddia edilən 5 yaşlı Dəniz Esinin şok görüntüləri ortaya çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüntülərə əsasən, Dənizin cəmi 5 günlük körpə olarkən tibb bacısı tərəfindən döyüldüyü məlum olub.

Bildirilir ki, Hazel Dırık B. adlı tibb bacısı 14 dəqiqə ərzində körpəyə fiziki şiddət göstərib, başına və ayaqlarına zərbə endirib. Nəticədə Dəniz həm əqli, həm də fiziki cəhətdən əlil qalıb.

Dənizin ailəsinin vəkili Sait Bolatın sözlərinə görə, körpəyə fiziki şiddət göstərən Hazel Dırık B. adlı tibb bacısını 3 ilə qədər həbs cəzası gözləyir.

Bolat, görüntülərin körpənin niyə əlil qaldığını açıq şəkildə göstərdiyini bildirib: “Təqsirləndirilən şəxs 5 günlük körpədən tam 14 dəqiqə ərzində qan almağa çalışıb. Həmin vaxt şiddətə məruz qalan körpənin ayağı sınıb. Daha sonra ayağını yoxlayıb, amma heç bir səlahiyyətli şəxsə və ya həkimə xəbər vermədən oranı tərk edib. O, hələ də azadlıqdadır. Lakin Dəniz ömürlük fiziki və zehni cəhətdən əlil qalacaq".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm