Şahin və göyərçin - Çin dron istehsalında bu üsula əl atdı
Bizi izləyin

Dünya

Şahin və göyərçin - Çin dron istehsalında bu üsula əl atdı

Çin ordusu süni intellekt, robot texnologiyaları və dronlardan (BPLƏ) istifadəni sürətlə genişləndirir, alimlər isə cihazları maksimal effektiv taktika ilə işləməsi üçün heyvan davranışlarını öyrənirlər.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Bildirilib ki, Çinin aparıcı universitetlərindən birində mühəndislər döyüş dronlarının real vaxt rejimində qarşıdurmalarını modelləşdirmək üçün təbiyyatdan ilham alıblar. Onlar diqqəti xüsusilə heyvan davranışlarına yönəldiblər.

2024-cü ildə Çin mühəndisləri Müdafiə Nazirliyindən döyüş dronları sürülərinin yaradılması üçün patent alıblar. Araşdırmada yırtıcı quşlar – şahinlər nümunə götürülərək dronların koordinasiyalı hücum strategiyasına proqramlaşdırılıb.

Müşahidələr nəticəsində dronlar rəqibin ən zəif təyyarələrini seçib zərərsizləşdirməyi öyrəniblər. Müdafiə taktikası üçün isə göyərçin davranışları təqlid olunub. Sınaqlarda “5-ə 5” formatında dronlar bütün müdafiəçiləri cəmi 5,3 saniyəyə məhv edə bilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm