"Milan" onunla razılaşdı: 2031-ci ilin yayına qədər
Bizi izləyin

İdman

"Milan" onunla razılaşdı: 2031-ci ilin yayına qədər

“Milan”ın qapıçısı Mik Meynan müqaviləsinin 2031-ci ilin yayına qədər uzadılmasına şifahi şəkildə razılıq verib.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial mediada məlumat verib.

Məlumata görə, “rossonerilər” Fransa millisinin qapıçısını əsas oyunçu hesab edir və onu komandada saxlamaq istəyirlər. Daha əvvəl mətbuatda “rossonerilər”in hücumçu Rafael Leao ilə yanaşı, qapıçını klubun ən çox maaş alan oyunçusu etməyə hazır olduğu bildirilirdi.

Meynanın hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Bu mövsüm fransız qapıçı Milan klubunun heyətində bütün yarışlarda 24 oyunda iştirak edib və 11 dəfə qapısını toxunulmaz saxlayıb. “Transfermarkt” onun dəyərini 25 milyon avro qiymətləndirir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm