İdman
Enrike onun transferini blokladı
PSJ-nin baş məşqçisi Luis Enrike hücumameyilli yarımmüdafiəçi Li Kan İnin “Atletiko Madrid”ə potensial transferini bloklayıb.
Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin məlumatına görə, ispaniyalı məşqçi cənubi koreyalı oyunçunu komanda üçün dəyərli hesab etməyə davam edir. Lakin Li Kan-İnin özü İspaniyaya qayıtmağa qarşı deyil. Vurğulanır ki, “Atletiko” qış transfer pəncərəsində yarımmüdafiəçini transfer etmək imkanına malik olmayacaq, lakin “hindular” bunu yayda etmək niyyətindədirlər.
Li PSJ-yə 2023-cü ilin yayında “Malyorka”dan keçib. Bu mövsüm o, bütün turnirlərdə 21 oyunda meydana çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.
-
İqtisadi gündəm11:49Bu hallarda maaşlar ikiqat hesablanacaq
-
Nida Xəbər 11:45Murad Quliyevə hökm oxundu
-
Rəsmi xronika10:40İlham Əliyev Gideon Saarı qəbul etdi
-
Nida Xəbər 10:21Cəlil Əhmədov vəzifəsindən azad edildi
-
Dünya09:48Mərkəzi Banka xəbərdarlıq edildi: Hazırlaşın, kiçik yaşıl adamlar gəlir, xaos yaşanacaq
-
İqtisadi gündəm09:33Pensiya kapitalı nə qədər artırılacaq? - Rəsmi rəqəm elan olundu
-
Maraq dünyası09:00Həyat 101 yaşında YENİDƏN BAŞLAYIR - Uzunömürlülüyün sirləri açıldı
-
Magazin108:00Adriana Lima jurnal üçün çılpaq poza verdi - FOTO







































