Əhməd əl-Şaraa yenə Putinlə görüşə gedir: Nə baş verir?
Bizi izləyin

Dünya

Əhməd əl-Şaraa yenə Putinlə görüşə gedir: Nə baş verir?

Suriya Prezidenti Əhməd əl-Şaraa sabah Moskvaya səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Syria” Tv məlumat yayıb.

Bildirilib ki, əl-Şaraa səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Suriya və ya Rusiya hakimiyyəti tərəfindən səfərlə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Suriya Prezidenti Əhməd əl-Şaraa Rusiya Prezidenti Vladimir Putinlə sonuncu dəfə 15 oktyabr 2025-ci ildə Moskvada görüşmüşdü. Bu səfər Şaraanın 2024-cü ilin dekabr ayının sonunda Bəşər Əsəd rejiminin devrilməsindən sonra prezident kimi Moskvaya ilk rəsmi səfəri idi.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm