Dünya
Sahiblərinə ölüm gətirən saray satışa çıxarıldı: Ora girən sağ çıxmır - FOTO
Venesiyada lənətlənmiş saray kimi tanınan "Ca' Dario" sarayı 20 milyon avroya satışa çıxarılıb.
Publika.az "The Guardian"a istinadən xəbər verir ki, XV əsrdə İtaliyanın Venesiya şəhərində tikilmiş saray illərdir intiharlar, sirli ölümlər və qətllərlə tanınır.
Diplomat Giovanni Darionun adını daşıyan saray, ən azı yeddi ölüm hadisəsi ilə əlaqəli olduğu üçün "lənətlənmiş saray" kimi təsvir edilir.
Məsələn, atası Darionun ölümündən sonra sarayı miras alan Marietta, ərinin qətlindən sonra intihar edib. 1964-cü ildə məşhur tenor Mario del Monako sarayı ziyarət etməyə gedərkən yol qəzasında həyatını itirib. 1970-ci illərdə sarayı satın alan italyan aristokratı, qraf Filippo Giordano delle Lanze isə adının iri korrupsiya qalmaqalında hallanmasından sonra 1993-cü ildə intihar edib.
2002-ci ildə "The Who" qrupunun bas gitaraçısı Con Entvistl saraya tətil üçün getdikdən cəmi bir həftə sonra ürək tutmasından vəfat edib.
Qeyd edək ki, bu saray doqquz yataq otağı, səkkiz sütunlu vanna otağı, möhtəşəm salonlar, bağ və dam terrası ilə seçilən əsl memarlıq şah əsəridir.
Roza
-
Nida Xəbər 14:33Məhkəmə Əli Kərimli ilə bağlı qərar verdi
-
Dünya13:18Minlərlə hesab bağlanır: Sosial media haqqında qanun layihəsi təsdiqləndi
-
Yaxın Şərq13:00Rusiya qoşunlarını Qamışlıdan çıxarır - Gözlənilməz addım
-
Dünya11:50Zəlzələ ilə bağlı qorxulu xəbərdarlıq: Bu bölgələr yüksək risk altındadır
-
Nida Xəbər 11:37Əli Əsədov sərəncam imzaladı
-
Nida Xəbər 11:27Bank kartlarına qanunsuz müdaxilələr - DİN və Mərkəzi Bank razılığa gəldi
-
İdman11:15“Real”ın yeni baş məşqçisinin ilham pərisi - FOTOLAR
-
İqtisadi gündəm10:39İki BOKT-un vəzifəli şəxsi cərimələndi











.jpg)
.png)





.jpg)















