Dünya
Vaşinqtonla kritik danışıqlar: İsraildə strateji dəyişiklik planlanır
İsrail hökuməti ABŞ ilə hərbi əməkdaşlığı yeni səviyyəyə qaldırmaq üçün tədbirlər görüb.
Publika.az "Financial Times" nəşrinə istinadla xəbər verir ki, Təl-Əviv Donald Tramp administrasiyası ilə yeni 10 illik təhlükəsizlik müqaviləsi imzalamağı hədəfləyir.
Lakin bu dəfə plan adi pul vəsaitlərinin axınından fərqli bir strategiyanı əhatə edir. İsrail liderləri Amerika qrantlarına əsaslanan gələcəyə deyil, birgə müdafiə layihələrinə üstünlük verən modelə diqqət yetirirlər.
İsrail Müdafiə Nazirliyinin və ordusunun maliyyə məsləhətçisi vəzifəsində çalışan Gil Pinçasın sözlərinə görə, danışıqlar yaxın həftələrdə başlayacaq. "Bu kontekstdə tərəfdaşlıq sadəcə maliyyə məsələsini əhatə etmir. Məsələyə daha geniş perspektivdən baxılmalıdır", - deyə o qeyd edib.
Baş nazir Benyamin Netanyahu da bu yaxınlardakı çıxışlarından birində İsrailin on il ərzində ABŞ yardımından asılılığını azaltmağı hədəflədiyini bildirib.
Qeyd edək ki, iki ölkə arasında mövcud hərbi maliyyə yardımı müqaviləsi 2016-cı ildə Obama administrasiyası dövründə imzalanıb. 2028-ci ilin sentyabr ayına qədər qüvvədə olan bu 10 illik müqavilə ümumilikdə 38 milyard dollarlıq nəhəng bir paketi əhatə edir. Bu məbləğin 33 milyard dolları hərbi texnikanın alınması üçün qrant, 5 milyard dolları isə raketdən müdafiə sistemləri üçün ayrılıb.
Roza
-
İdman21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu
-
Yaxın Şərq17:33Regionda gərginlik artır: Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə yeritdi
-
Rəsmi xronika16:10İlham Əliyev sərəncam imzaladı














.jpg)


















