AİLƏ ŞOK YAŞADI - Kişi dəfn edildikdən sonra evə qayıtdı
Bizi izləyin

Dünya

AİLƏ ŞOK YAŞADI - Kişi dəfn edildikdən sonra evə qayıtdı

Taylandın Çianq Ray əyalətinin sakini evə qayıdanda ailəsinin onu iki həftə əvvəl dəfn etdiyini öyrənib.

Publika.az xəbər verir ki, bu barədə "Mothership" məlumat yayıb.

Bildirilib ki, bu ilin yanvar ayının əvvəlində hakimiyyət orqanları 48 yaşlı kişinin ailəsinə onun öldüyü barədə məlumat verib. Daha sonra onun cənazəsi ailəsinə təhvil verilib və bütün zəruri dini ayinlər yerinə yetirildikdən sonra dəfn edilib. Lakin yanvarın 24-də kişi sağ-salamat evə qayıdıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb. Mərhumun şəxsiyyəti müəyyən edilib. Onun qalıqları qohumlarına təhvil verilib.

Bundan əvvəl, İtaliyada Tarquinia kəndinin 78 yaşlı sakini iki infarktdan sonra ölmüşdü , lakin həkimlər onun ölümünü təsdiqlədikdən sonra möcüzəvi şəkildə "dirildi".

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm