MDB
Yakutiyada DƏHŞƏT - 3-ü uşaq olmaqla 5 nəfər yanaraq öldü
Yakutiya Respublikasının Nüyrbi rayonunun Nüyrbaçan kəndində fərdi evdəbyanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə Yakutiya Fövqəladə Hallar və Xalqın Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 01:49-da (Bakı vaxtı ilə 20:49) Lomonosova küçəsində iki mərtəbəli fərdi yaşayış evində yanğın barədə məlumat daxil olub. Hadisə yerinə ilk yanğınsöndürənlər çatanda ev artıq tamamilə alovun içində olub. Güclü tüstü və yüksək temperatur xilasedicilərin evə daxil olmasını xeyli çətinləşdirib.
Əvvəlki məlumatlara görə, yanğın nəticəsində beş nəfərin həyatı itib, onlardan üçü uşaqdır. Daha iki nəfər, o cümlədən bir uşaq, ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda yanğın tamamilə söndürülüb. Alovun söndürülməsində 18 nəfər şəxsi heyət və iki ədəd xüsusi texnika iştirak edib.
İndiyə qədər yanğın yerində suvarma və dağıntıların təmizlənməsi işləri aparılır. Hadisənin baş vermə səbəbləri üzrə istintaq başlanıb.
Hüseyn İbadlı
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi




















.jpg)

















