Magazin1
Bir çay paketini neçə dəfə dəmləmək olar?
İsti su ilə ilk təmas çay yarpaqlarının bioloji aktiv maddələrinin, o cümlədən polifenollar, kofein və efir yağlarının 70-80%-ni çıxarır. İkinci və sonrakı dəmləmələrdə isə yalnız minimal faydaları olan ətirli su ilə içmək mümkündür. Çünki aktiv maddələrin əksəriyyəti artıq birinci fincana hopub.
Publika.az xəbə verir ki, bu barədə Gazeta.ru-ya Rusiya Dövlət Texniki Universiteti MIREA-nın Biotexnologiya və Sənaye Farmasiyası kafedrasının dosenti, farmakologiya üzrə fəlsəfə namizədi Mariya Zolotareva məlumat verib.
“İlk dəmləmədən sonra nəm mühit mezofil aerob və fakultativ anaerob mikroorqanizmlərin çoxalması üçün ideal şərait yaradır. Otaq temperaturunda bir neçə saat ərzində çay paketinin içində və səthində mikroorqanizmlər inkişaf etməyə başlayaraq qida zəhərlənməsinə səbəb ola bilər - ishal və qusma kimi simptomlarla müşayiət olunur”, - deyə ekspert izah edib.
Çay paketinin ikinci dəfə isti su ilə dəmlənməsi tam sterilizasiyanı təmin etmir və bəzi bakteriyalar içki ilə birlikdə bədənə düşə bilər. İmmuniteti zəif olan şəxslərdə və mədə-bağırsaq problemləri olanlarda belə içkinin qəbulu zəhərlənmə simptomlarına səbəb ola bilər.
“Bu risk ilk dəmləmədə fincana şəkər və ya süd əlavə edildikdə artır. Çünki bunlar çay paketində qismən qalır və mikroorqanizmlərin çoxalmasını stimullaşdırır”, - deyə Zolotareva xəbərdarlıq edib.
Praktiki olaraq təhlükəsiz yalnız çay paketinin bir dəfə istifadə olunması və dərhal dəmləmə qabından çıxarılması hesab olunur.
“İkinci dəfə dəmləmə yalnız çox qısa müddət — ilk istifadədən 30–40 dəqiqədən artıq olmayaraq -icazəlidir. Lakin nəzərə almaq lazımdır ki, sonrakı dəmləmələrdə çayın keyfiyyəti xeyli aşağı düşür”, — ekspert yekunlaşdırıb.
Hüseyn İbadlı
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC


































