Dünya
Pakistanda məscidə hücumun təşkilatçısı həbs edildi
Pakistan təhlükəsizlik qüvvələri 30-dan çox insanın ölümünə səbəb olan İslamabad hücumunun təşkilatçısını saxlayıb. Əməliyyat zamanı onunla əlbir olan daha üç nəfər də saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə "The News" məlumat yayıb.
Nəşrin məlumatına görə, cinayətkarlar şimal-qərbdəki Xayber Paxtunxva əyalətində tutulublar. Qeyd edilib ki, hücumun təşkilatçısı "İslam Dövləti" terror qruplaşması ilə əlaqəli olub və Əfqanıstanda təlim keçib. Həbs zamanı üç təhlükəsizlik işçisi yaralanıb. Digər təhlükəsizlik işçisi aldığı xəsarətlərdən ölüb.
Fevralın 6-da İslamabadda şiə məscidində terror aktı baş verib. Nəticədə 31 nəfər ölüb, 169 nəfər isə yaralanıb.
Məscidin gözətçisinin sözlərinə görə, partlayışdan əvvəl üç hücumçu binaya soxularaq yerli mühafizəçini yaralayıb. O, əlavə edib ki, məscidi polis yox, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları qoruyur.
Pakistanın müdafiə naziri Xvaca Asif hücumda Hindistan və Əfqanıstanın iştirakının ola biləcəyini deyib. O, deyib ki, hücumda iştirak edən terrorçuların Əfqanıstana gedib-gəldikləri artıq sübut olunub.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var































