Yaxın Şərq
İran uşaqları da döyüşə çağırır - ABŞ-a qarşı “müqəddəs müharibə” anonsu
İran ABŞ-ın Yaxın Şərqə minlərlə dəniz piyadası və desant qüvvələri yerləşdirməsi fonunda genişmiqyaslı və şiddətli quru döyüşlərinə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri hərbi analitiklərə və İranın hərbi strategiyasına bələd olan mənbələrə istinadən məlumat yayıb.
Tehran hazırda 1980-ci illərin İran-İraq müharibəsi ruhunda kütləvi səfərbərlik kampaniyasına başlayıb. Bu kampaniya çərçivəsində milyonlarla iranlının, o cümlədən uşaqların orduya cəlb edilməsi və şəhidlik ideologiyasının təbliği istiqamətində ciddi addımlar atılır.
ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor isə məsələ ilə bağlı daha kəskin xəbərdarlıq edib. O bildirib ki, İran ABŞ-ın mümkün quru əməliyyatına tam hazırdır, lakin Vaşinqton İslam Respublikasının müqavimət gücünü kifayət qədər dəyərləndirmir.
Makqreqorun sözlərinə görə, hazırda ABŞ-ın bölgədə genişmiqyaslı quru qoşunlarını təhlükəsiz şəkildə sahilə çıxarmaq və onları təchiz etmək üçün lazımi infrastrukturu yoxdur. Bu isə mümkün münaqişə zamanı Amerika ordusu üçün ağır fəsadlar doğura bilər.
Müəllif: Adəm
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır






.jpg)











.jpg)




.webp)











.jpg)

