Dünya
Hakimiyyəti görüntü yaratmaq və boş söhbətlərdə ittiham etdi
KXDR lideri Kim Çen In, Samqvan heyvandarlıq kompleksinin istifadəyə verilməsi zamanı Şimali Koreya kəndlərinin tükənməsi və geri qalması barədə kəskin çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi olan Mərkəzi Teleqraf Agentliyi (MKTA) məlumat yayıb.
Kompleksin modernləşdirilməsi zamanı qarşıya çıxan çətinliklərdən danışan dövlət başçısı bildirib ki, gələcəkdə hər hansı işi planlaşdırarkən ilk növbədə işlərə "barmaqarası baxmaq" vərdişindən əl çəkmək və elmi əsaslara söykənmək lazımdır.
KXDR lideri vurğulayıb ki, partiyanın çoxsaylı göstərişlərinə baxmayaraq, ölkə kəndləri hələ də səfalət və gerilikdən tam qurtula bilməyib.
"Düzünü desəm, keçmişdə kənd quruculuğu ilə bağlı boş danışdıq desək, mübaliğə olmaz", - deyən Kim Çen In, əyalətlərdə çox vaxt sadəcə nümayiş üçün bir neçə rəmzi qəsəbənin tikildiyini etiraf edib.
O, dövlət tərəfindən qoyulan sərmayələrin pərakəndə, müvəqqəti və yalnız nümayiş xarakterli olması ikinci böyük səhv kimi qiymətləndirilib.
Çıxışının sonunda KXDR lideri bütün ölkə kəndlərini Samqvan kəndi səviyyəsinə çatdırmağa çağırıb.
Hüseyn İbadlı
-
ABŞ09:22"The Washington Post"da nə baş verir? - Kütləvi ixtisarlardan sonra CEO da getdi...
-
Magazin109:00Vəfanın arxiv videosu yayıldı - Tanımaq olmur
-
ABŞ08:24ABŞ administrasiyasındakı "boz kardinal"ın adı açıqlandı
-
Dünya08:12Hakimiyyəti görüntü yaratmaq və boş söhbətlərdə ittiham etdi
-
Ekologiya07:47Biri tünd mavi, digəri isə firuzəyi - Bu təzad heyrətamizdir
-
Magazin106:16“Qohum-əqraba toylarından pul alım?” - Video
-
İdman05:45Məşhur futbolçu porno aktrisanı işindən etdi - İndi isə evlənirlər
-
Region04:44Güclü zəlzələ Aralıq dənizini çalxaladı































