ABŞ
Kriptovalyuta böhranı Tramp ailəsinin bizneslərinə zərbə vurdu
Kriptovalyuta böhranı ABŞ Prezidenti Donald Trampın ailə biznesinə ciddi zərbə vurub.
Publika.az xəbər verir ki, bu barədə "Bild" nəşrin məlumat yayıb.
Bildirilib ki, ABŞ liderinin oğulları - Erik Tramp və kiçik Donald Tramp ilə bağlı layihələr rəqəmsal aktivlərin kəskin ucuzlaşması fonunda böyük itkilər verir.
"Bitcoin"in məzənnəsi 70 min dollardan aşağı düşərək, fevralın 6-da qısa müddətlik 60 min dollara yaxınlaşıb. Bu, ötən ilin oktyabrındakı tarixi rekordla müqayisədə təxminən 45 faizlik azalma deməkdir. Analitiklərin hesablamalarına görə, yanvarın 29-dan bəri kripto bazarından təxminən 470 milyard dollar dəyərində aktiv "yoxa çıxıb".
Bu vəziyyətdən xüsusilə Donald Trampın böyük oğlu tərəfindən idarə olunan "World Liberty Financial" şirkəti zərər çəkib. Qeyd olunub ki, Donald Trampın özünün də bu şirkətdə payı var.
"World Liberty Financial" gəlirinin 75 faizini "$WLFI" tokenlərinin satışından əldə edir. Ötən ilin sonunda bu satışlar təxminən 1 milyard dollar təmin etmişdi. Lakin ilin əvvəlindən bəri tokenin dəyəri təxminən 31 faiz azalıb, şirkətin əlində qalan və dəyəri 3 milyard dollardan çox olan digər tokenlərin qiyməti isə sürətlə aşağı düşməkdə davam edir.
Hüseyn İbadlı
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ











.jpg)














.jpg)










