Sosial
Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini ziyarət etdilər
Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksi ilə tanış olublar.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci il sentyabrın 27-də – Anım Günündə açılışı həyata keçirilən bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Kompleksin birinci mərtəbəsində muzey ekspozisiyası, ikinci mərtəbədə isə müxtəlif tədbirlərin keçirilməsi üçün zal yerləşir.
Leyla Əliyeva və Alena Əliyeva, həmçinin Gəncədə Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət edib.
Görüş zamanı qəhrəmanımızın xatirəsi dərin hörmətlə yad edilib, ailə üzvləri ilə səmimi söhbət aparılıb.
Natiq Qasımov Birinci Qarabağ müharibəsi zamanı Ağdam-Xankəndi istiqamətində döyüşlərdə misilsiz igidlik göstərib. O, müharibə zamanı beş gün təkbaşına mühasirədə qalsa da erməni işğalçılarına sonadək müqavimət göstərib.
Görüş zamanı şəhidin şərəfli ömür və döyüş yolu bir daha xatırlanıb.
-
ABŞ10:06Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama
-
Nida Xəbər 10:00Azərbaycanda vəzifəli şəxslər həbs edildi – Aralarında rəislər də var
-
İdman09:44"Santyaqo Bernabeu" korta çevrildi: Ulduzlar rəqib, Peres hakim oldu - VİDEO
-
Hadisə09:03Qobustanda torpaq çökdü: Ölən və yaralı var - VİDEO
-
ABŞ07:47Trampdan KRİTİK AÇIQLAMA - “Ölkələrinə kimin rəhbərlik etdiyini belə bilmirlər”
-
İKT07:30Smartfonu kilidləməyin ən etibarlı yolu
-
İdman06:46Tarixə düşən qələbə - Hələ beləsi olmamışdı
-
Magazin206:16"Eşref Rüya"da növbəti ayrılıq - FOTO













.webp)





.jpg)















