Ekologiya
Biri tünd mavi, digəri isə firuzəyi - Bu təzad heyrətamizdir
Bir tərəfdə dərin, tünd mavi, digər tərəfdə isə parlaq firuzəyi rəng - bura Şimali Atlantikanın (Atlantik okeanı) Eleutera körfəzi (coğrafi baxımdan Karib dənizinin şimal-şərq kənarında yerləşir) ilə qovuşduğu yerdir. Tədqiqatçıların fikrincə, bu iki su hövzəsinin ən təsirli birləşməsini Baham adalarındakı Eleutera adasının ən dar nöqtəsində, Şüşə körpüdə (Glass Window Bridge) görmək olar.
Publika.az xəbər verir ki, burada bir-birindən kəskin fərqlənən iki su kütləsi sadəcə bir yol və təxminən 10 metr enində olan qaya zolağı ilə ayrılır.
İki su hövzəsi arasındakı fərqin səbəbi
İki su sahəsi arasındakı təzad heyrətamizdir, lakin bu ayrılıq ilk baxışda göründüyü qədər mütləq deyil. Xəritəyə diqqətlə baxsaq, Eleutera adasının Atlantik okeanına arxası çevrilmiş kiçik bir mötərizəyə bənzədiyini görərik:
Eleutera körfəzi: Daxili qövsvari hissədə yerləşdiyi üçün daha dayazdır. O, Atlantik okeanının güclü cərəyanlarından və dalğalarından qorunur. Nəticədə, qum və çöküntülərin su ilə qarışma ehtimalı azalır, bu da suyun son dərəcə təmiz və şəffaf qalmasına şərait yaradır.
Atlantik okeanı: Digər tərəfdə isə okeanın hərəkətli və dərin suları özünü daha zəngin və tünd rənglərlə büruzə verir.
Okeanların "sərhədləri" haqqında yanlış təsəvvürlər
Coğrafi xəritələrdə okean və dənizlərin dəqiq sərhədləri olsa da, reallıqda dəniz suyu bu sərhədləri tanımır. Məsələn, biz bir bölgəni Atlantik okeanı, digərini Karib dənizi adlandıra bilərik, lakin su daim axır və bir-birinə qarışır.
Alimlər qeyd edirlər ki, bu, dəniz və okeanların fərqli xüsusiyyətlərə malik olmadığı mənasına gəlmir. Onlar duzluluq səviyyəsi, biomüxtəliflik, temperatur və dəniz səviyyəsinə görə fərqlənirlər. Lakin bu fərqlər vizual olaraq nadir hallarda nəzərə çarpır.
Sosial şəbəkələrdə Atlantik və Sakit okeanların Cənubi Amerikanın ucqar nöqtəsində qovuşduğu, lakin "bir-birinə qarışmadığı" iddia edilən videolar da tez-tez qarşımıza çıxır. Tədqiqatçılar bu videoların aldadıcı olduğunu bildirirlər. Göstərilən rəng fərqi adətən çöküntülərdən, buzlaqların əriməsindən və ya işıqlandırmadan qaynaqlanır, yoxsa bu, okeanların heç vaxt qarışmadığı anlamına gəlmir.
Buna baxmayaraq, Baham adalarındakı Şüşə körpü yaxınlığındakı mənzərə həqiqətən də dərinlik, coğrafi xüsusiyyətlər və ətraf mühitin təsiri ilə yaranan nadir vizual təzaddır.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: Yeni qazanc qapısı görünəcək
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı



































