Dünya
CHP daxilində çaxnaşma: Onlar da istefa verəcək - Siyahı
Türkiyədə Keçiören bələdiyyə sədri Mesut Özarslanın istefasından sonra CHP daxilində çaxnaşma davam edir.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankarada daha 5 CHP bələdiyyə sədrinin istefa verəcəyi iddia edilir.
Onların arasında Haymana bələdiyyə sədri Levent Koç, Gölbaşı bələdiyyə sədri Yakup Odabaşı, Nallıhan bələdiyyə sədri Ertunç Güngör, Beypazarı bələdiyyə sədri Özer Kasap və Kalecik bələdiyyə sədri Satılmış Karakoçun adı var. Onlar açıqlamalarında Özge Özə deyil, Mansur Yavaşa sadiq olduqlarını bildiriblər.
"Türkiye Qazetesi"nin məlumatına görə, partiyanın son “50 faiz + 1-ə çatmaq üçün normallaşmaya və sağçı seçicilərə ehtiyacımız var” ritorikasına CHP üzvləri etiraz ediblər. Onlar, “Sağçı deyil, öz sıralarımızdakı insanlarla birlikdə yolda getməməyin nəticələrini yaşayırıq”, cavabını veriblər. CHP rəsmiləri həmçinin partiyanın gələcəkdə seçicilərə sağçı ritorikanı izah etməkdə çətinlik çəkəcəyini vurğulayıblar.
Roza
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"














.jpg)




















