Ukrayna və Avropa Tramp administrasiyası üçün prioritet deyil
Bizi izləyin

Dünya

Ukrayna və Avropa Tramp administrasiyası üçün prioritet deyil

Donald Tramp administrasiyası Ukrayna və Avropanı öz prioritetləri siyahısına daxil etməyib.

Publika.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Bildirilib ki, Tramp administrasiyasının “sülh güc vasitəsilə” siyasətinin birinci ilinin nəticələrinə dair Pentaqonun yeni hesabatında Avropa və Ukrayna Vaşinqtonun hərbi siyasətinin prioritetləri kimi göstərilmir.

"ABŞ-ın müdafiə naziri Pit Heqset Birləşmiş Ştatlarda və onun cənub sərhədi boyunca, eləcə də Karib dənizində, Hind-Sakit okeanında və Yaxın Şərqdə prezident Donald Trampın birinci dərəcəli məqsədlərini dəstəkləyir", - hesabatda qeyd olunub.

Məlumata görə, Avropa yalnız NATO daxilində maliyyə məsuliyyətinin yenidən bölüşdürülməsi məsələsi kontekstində xatırladılır, Ukrayna isə ümumiyyətlə qeyd olunmur.

Daha əvvəl “Lenta.ru”ya açıqlamasında politoloq Yevgeni Kopatko qeyd edib ki, Ukraynadakı münaqişənin nizamlanması Trampın maraqlarına uyğundur, lakin onun üçün prioritet deyil. Onun sözlərinə görə, hazırda Ağ Ev üçün Ukrayna qlobal siyasətin yalnız bir elementidir, Asiya və Yaxın Şərqdəki vəziyyət fonunda ikinci dərəcəli əhəmiyyət daşıyır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm