İdman
Qurbanov Bəhlulun Çinə mümkün transferi ilə bağlı danışdı
"Qarabağ"ın daha bir futbolçusuna transfer təklifi gəlib.
Publika.az xəbər verir ki, bu barədə Qurban Qurbanov "Şamaxı" - "Qarabağ" oyunundan sonra keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, futbolçuları komandada saxlamaq asan deyil:
"Bu gün də oyundan sonra bir futbolçu yaxınlaşıb deyir ki, mənə yaxşı təklif var. Getməyimi istəyirsiniz, yoxsa qalmağımı? Bu futbolçuları komandada saxlamaq asan deyil. Bir az sakitləşməyə çalışırıq. Yenə belə xəbərlər gəlir. Xoşagəlməz deməzdim, futbolçunu da başa düşmək lazımdır. Sadəcə təkliflər elə yerlərdən gəlir ki, oraya yalnız pula görə getmək olar. Pul da elə təklif edirlər ki, bunlara yox da demək olmur. Çalışırıq ki, onları oyunlara yaxşı hazırlayaq".
"Bəhlulun Çinə transferi ilə bağlı bir neçə detallar oldu. Onun özü ilə danışıb, razılaşmışdım. Mən Bəhlulun tərəfində idim. Bəzi detallar var ki, dərinliyə getmək lazım deyil", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın



































