Dünya
Fidanın bu reaksiyası İsrail və Yunanıstanı təşvişə saldı
Türkiyənin xarici işlər naziri Hakan Fidanın son müsahibəsində "Türkiyə nüvə silahına sahib olmalıdırmı?" sualına cavab verməməsi İsrail və Yunanıstanda müzakirə mövzusu olub.
Publika.az xəbər verir ki, İsrailin " Maariv" nəşri bunun Təl-Əviv dairələrində Türkiyənin bölgədəki planlarını açıqlamaq istəməməsi kimi şərh edildiyini yazıb.
"İsrail Hayom" qəzeti isə bildirib ki, Fidan sükutu ilə əslində bəzilərinə lazım olan mesajı çatdırıb.
Yunanıstan “Europost” nəşri məsələ ilə bağlı “Türkiyənin cavabsız sualı Afinanın qorxularını və pis ssenarilərini alovlandırır” başlıqlı məqalə dərc edib.
“Bu mövqe diqqətdən kənarda qalmayıb. Fidan nə bunu inkar edib, nə də diplomatik yayındırıcı cavab verib. Onun təbəssümü, sükutu və kameraya baxışı Türkiyədən gələn səssiz bir siqnal idi. Analitiklər bu mövqeyi dolayı yolla çəkindirici mesaj kimi şərh edir, eyni zamanda bunu Türkiyənin strateji gücünün möhkəmləndirilməsi ehtimalının göstəricisi kimi görürlər", - məqalədə qeyd olunub.
"Kathimerini" qəzeti yazıb ki, Fidanın cavab verməmək seçimi Afina dairələrində “strateji addım” kimi şərh edilib: "Onun bu hərəkəti, ABŞ və Rusiya arasında "Yeni START" müqaviləsinin bitməsindən sonra yeni nüvə yarışının baş vermə ehtimalı ilə bağlı beynəlxalq narahatlıqların artdığı bir vaxtda baş verib".
Roza
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın



































