İdman
Fatinin qardaşı cinsi təcavüzdə ittiham olunur: Yamalın evində...
Barselonada "Monako"nun hücumçusu Ansu Fatinin qardaşı tərəfindən törədilən mümkün cinayətlə bağlı istintaq başlanıb.
Publika.az xəbər verir ki, ABC-in məlumatına görə, Niderland vətəndaşı "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamalın evində cinsi təcavüzə məruz qaldığını iddia edib.
Mənbənin məlumatına görə, hadisə 7 fevralda baş verib. Qız Fatinin qardaşı Fatinonun da iştirak etdiyi gecə klubunda keçirilən əyləncəyə gedib. Qrup daha sonra Barselonadakı bir evə gedib. Növbəti səhər qız çılpaq oyanıb və ona “toxunulduğunu" iddia edib.
O, narkotik təsiri altında olarkən cinsi təcavüzə məruz qalmış ola biləcəyinə inanır və xəstəxanada testlərdən keçib.
İlkin polis hesabatı zamanı qadın Fatinonun üzünə yersiz toxunuşdan sonra şillə vurduğunu bildirib. O, hələlik rəsmi polis hesabatı təqdim etməyib və test nəticələrini gözləyir. Hazırda istintaq onun ifadəsinə əsaslanır.
Qadın həmçinin hadisənin Yamalın evində baş verdiyini iddia etsə də, polis mənbələri hadisənin başqa yerdə baş verdiyini təsdiqləyib. Fatinonun komandası qadının ifadələrinin yalan olduğunu bildirib və onun iddialarını qəti şəkildə təkzib edib.
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video


































