Şamaxıda stadionu qardan Qurban Qurbanov özü təmizləyir - VİDEO
Bizi izləyin

İdman

Şamaxıda stadionu qardan Qurban Qurbanov özü təmizləyir - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Qarabağ” Şamaxıda şəhərin eyniadlı komandasının qonağı olacaq. Matç saat 14:30-da başlamalı idi. Görüşün startı qara görə 20 dəqiqə yubanır.

Publika.az-ın məlumatına görə, hazırda matça son hazırlıqlar gedir. Stadion qardan təmizlənir. Bu prosesdə iştirak edənlərdən biri də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. O, kürəklə meydanı qardan təmizləməyə çalışır.

Təcrübəli mütəxəssisin bu addımı azarkeşlər tərəfindən alqışlarla qarşılanıb. Onlar “Qurban Qurbanov” deyə qışqırıblar.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm