Dünya
ABŞ İrana görün nə göndərib: minlərlə ədəd... - Məqsəd nə olub?
ABŞ-ın İrana minlərlə "Starlink" terminalı göndərdiyi iddia edilib.
Publika.az xəbər verir ki, bunu "Wall Street Journal"a danışan ABŞ rəsmiləri açıqlayıb.
Onların sözlərinə görə, ABŞ administrasiyası ölkədəki etirazlar zamanı internetə çıxışı bərpa etmək üçün İrana gizli şəkildə minlərlə "Starlink" peyk terminalı göndərib.
İranda internetə çıxış məhdudiyyətlərindən sonra gizli şəkildə təxminən 6000 Starlink terminalı qaçaqmalçılıq yolu ilə ölkəyə daxil edilib.
Rəsmilər iddia edirlər ki, bu, ABŞ-ın birbaşa İrana "Starlink" terminalı göndərdiyi ilk əməliyyatdır.
ABŞ Dövlət Departamentinin əvvəlki aylarda təxminən 7000 "Starlink" terminalı aldığını iddia edən rəsmilər, bu alışların məqsədinin məhz İrandakı fəallara internet kəsintilərinin öhdəsindən gəlməyə kömək etmək olduğunu bildiriblər.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın göndərişdən xəbərdar olub, lakin planı kimin birbaşa təsdiqlədiyi bəlli deyil.
Xatırladaq ki, İranda davam edən etirazlar zamanı internet kəsintilərindən sonra bəzi nümayişçilər amerikalı milyarder Elon Maskdan onun peyk internet xidməti olan "Starlink" vasitəsilə ölkə miqyasında internetə çıxış təmin etməsini istəmişdilər. Buna cavab olaraq, İran təhlükəsizlik qüvvələri ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən "Starlink" peyk terminallarını tapmaq üçün intensiv əməliyyatlara başlamışdılar.
Ləman
-
Magazin100:30"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə"
-
Qoroskop00:10Günün ulduz falı - Səmimiyyət ən böyük silahınız olacaq
-
Dünya5 Mart 23:12Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı
-
Magazin15 Mart 21:50Tolikin yeni layihəsi bəlli oldu
-
İnanc5 Mart 21:45Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı
-
Sosial5 Mart 21:00Qapısı açıq evlərə girmək istəyirmiş - Video
-
ABŞ5 Mart 20:36İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
-
MDB5 Mart 20:25Tokayev Naxçıvana edilən dron hücumunu pislədi

























.jpg)



.jpg)






