Dünya
Trampdan aparıcının itkin düşən anası ilə bağlı açıqlama - Ən ağır cəzanı alacaq
ABŞ prezidenti Donad Tramp "Today" proqramının aparıcısı Savannah Qutrinin anası Nensi Qutrinin qaçırılması ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, "New York Post" qəzetinə danışan Tramp bildirib ki, 84 yaşlı Qutri ölü tapılarsa, onu qaçıranları ciddi cəza gözləyir.
O, bu halda, Ədliyyə Nazirliyinin ölüm cəzasını istəyib-istəməyəcəyi soruşulduqda isə "Ən sərti, bəli. Düzdür" cavabını verib.
Qeyd edək ki, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) məlumatına görə, aparıcının anası sonuncu dəfə 31 yanvar, uşaqları qonaq gələndə görünüb. Onun sonrakı gün itkin düşdüyü bildirilir. Məlumata görə, Qutrinin hərəkət problemləri var və o köməksiz evdən çıxa bilmir.
Roza
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var

































