Dünya
31-ci dəfə ata olan çoxarvadlı Suxov ona qarşı cinayət işinin dayandırılmasını istəyir
Rusiyada yaşayan və çoxarvadlılığı ilə tanınan İvan Suxovun 31-ci övladı dünyaya gəlib. Bu hadisəni əsas gətirən ata azyaşlı qızı ilə bağlı açılmış cinayət işinin dayandırılmasını tələb edib.
Publika.az xəbər verir ki, bu barədə İ.Suxovun vəkili Aleksandr Poçuev "Veçernyaya Moskva"ya bildirib.
"İvanın 31-ci övladı olan oğlan uşağı dünyaya gəlib. Hələ ad seçilməyib. Bu bayramla əlaqədar İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə İvana yaddaqalan bir hədiyyə vermək və nəhayət, uzun sürən cinayət işinə son qoymaq təklifi ilə müraciət etdim", - deyə o bildirib.
Vəkil qeyd edib ki, Suxova qarşı cinayət işi beş aydır ilkin istintaq mərhələsindədir. Bu arada, atasını cinsi təcavüzdə ittiham edən qızı Anna prosesdə demək olar ki, iştirak etmir.
"Anna istintaqda iştirakdan yayınır, üzləşmələrə gəlmir. İvanın günahkarlığına dair kifayət qədər dəlil yoxdur. Onun özü və ailəsi bu müddət ərzində ictimai qınaq altında qalıb və emosional baxımdan çox əzab çəkirlər", - A.Poçuyev əlavə edib.
O bildirib ki, qızının ittihamlarına cavab olaraq Suxov hüquq-mühafizə orqanlarına böhtan iddiası ilə müraciət edib. Lakin vəkilin sözlərinə görə, bu iş üzrə icraat hazırda dayandırılıb.
İvan Suxovun 40 yaşı var. O, 2024-cü ilin dekabr ayında jurnalist Saşa Sulimlə müsahibəsindən sonra geniş şöhrət qazanıb. Müsahibədə o, 12 qadından 30 uşaq böyütdüyünü açıqlayıb. İlk yeddi uşaq Suxovun 16 yaşı olanda dünyaya gəlib.
Sentyabrda çoxarvadlı kişiyə azyaşlı qızına qarşı seksual xarakterli davranışla bağlı (Rusiya Cinayət Məcəlləsinin 135-ci maddəsinin 1-ci hissəsi) ittiham irəli sürülüb. İş Rusiya federal televiziya kanalında uşaqların bakirəliyinin pozulması ilə bağlı irəli sürülən iddialara əsaslanıb. İyunun 9-da Rusiyanın Birinci Kanalında yayımlanan "Qoy danışsınlar" verilişində Suxovun 19 yaşlı qızı Anna 14 yaşından bəri atası tərəfindən təcavüzə məruz qaldığını bildirib. (Oxu.Az)
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"













.jpg)





















