Putin onu işdən çıxardı - Türkiyəyə göndərdi
Bizi izləyin

Dünya

Putin onu işdən çıxardı - Türkiyəyə göndərdi

Rusiya Prezidenti Vladimir Putin diplomat Sergey Verşinini başqa vəzifəyə keçməsi ilə əlaqədar xarici işlər nazirinin müavini vəzifəsindən azad edib.

Publika.az xəbər verir ki, müvafiq fərman hüquqi aktların dərc olunduğu rəsmi veb saytda yerləşdirilib.

Fərmanda deyilir: "Sergey Vasilyeviç Verşinin başqa vəzifəyə keçməsi ilə əlaqədar Rusiya Federasiyası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilsin".

Putin Verşinini Türkiyəyə səfir təyin edib.

Rusiya prezidenti başqa bir fərmanla Rusiyanın Misirdəki keçmiş səfiri Georgi Borisenkonu Rusiya xarici işlər nazirinin müavini təyin edib.

Borisenko bundan əvvəl Rusiyanın Misirdəki səfiri və Qahirədə Ərəb Liqası yanında Rusiyanın səlahiyyətli nümayəndəsi vəzifələrində çalışıb.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Verşinin 1954-cü ildə anadan olub. O, 1976-cı ildə Rusiya Xarici İşlər Nazirliyinin MGIMO Universitetini və 1991-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. 1976-cı ildən Xarici İşlər Nazirliyi sistemində çalışır.

Mərakeşdə (1976-1981) və Əlcəzairdə (1984-1991) mərkəzi aparatda və xarici nümayəndəliklərdə müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildən 1997-ci ilə qədər Tunisdəki Rusiya səfirliyində nazir-məsləhətçi, 1999-cu ildən 2003-cü ilə qədər isə Rusiyanın Əlcəzairdəki səfiri vəzifələrində çalışıb. 27 mart 2018-ci ildə Verşinin nazirliyin rəis müavini təyin edilib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm