"Nyukasl" azarkeşlərindən Azərbaycana təşəkkür: Bu, indiyə qədər etdiyimiz... - Fotofakt
Bizi izləyin

İdman

"Nyukasl" azarkeşlərindən Azərbaycana təşəkkür: Bu, indiyə qədər etdiyimiz... - Fotofakt

"Nyukasl" azarkeşləri Azərbaycan xalqına təşəkkür edib.

Publika.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk oyunu üçün (6:1) Bakıya gələn ingilis fanatlar paytaxtımızda olduğu müddətdə qarşılaşdıqları xoş münasibətdən razı qalıblar. Onlar bununla əlaqədar klubun rəsmi azarkeş səhifəsi vasitəsilə təşəkkürlərini çatdırıblar:

"Son bir neçə gün ərzində göstərdikləri qonaqpərvərliyə və xoş qarşılanmaya görə Azərbaycan xalqına təşəkkür edirik. Gözəl şəhərdir və fürsətiniz olsa, ziyarət etməyi tövsiyə edirik. Bu, indiyə qədər etdiyimiz ən yaxşı səyahətdir".

Qeyd edək ki, "Nyukasl"ı dəstəkləmək üçün İngiltərədən Bakıya 2 mindən çox azarkeş gəlmişdi.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm