Qlobal maliyyə, rəqəmsal valyutalar və Kreml: Epşteyn Putinlə nə planlaşdırırdı?
Bizi izləyin

Dünya

Qlobal maliyyə, rəqəmsal valyutalar və Kreml: Epşteyn Putinlə nə planlaşdırırdı?

Amerikalı maliyyəçi Ceffri Epşteyn illər boyu Rusiya prezidenti Vladimir Putin ilə şəxsi görüş təşkil etməyə çalışıb. Görüşün əsas məqsədinin qlobal maliyyə bazarlarının müzakirəsi olduğu bildirilir.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Əldə olunan sənədlərə əsasən, 2014-cü ilin oktyabrında Epşteynə ABŞ Maliyyə Nazirliyinin əməkdaşı tərəfindən məktub göndərilib. Kimliyi açıqlanmayan rəsmi şəxs görüşün təşkilinə yardım edə biləcəyini bildirib və məktubda qeyd edib: “Mən Putinlə danışdım. Əminəm ki, bir-birinizi bəyənəcəksiniz”.

Məktubda, həmçinin vurğulanıb ki, Putin görüş zamanı “XXI əsrin maliyyə bazarları, rəqəmsal valyutalar və törəmələr” mövzusunda müzakirələr aparmaqdan məmnun olardı.

Bununla belə, Epşteyn həmin dövrdə “Goldman Sachs”ın keçmiş baş hüquq müşaviri Keti Ruemler ilə yazışmalarından sonra görüş təklifindən imtina edib.

Qeyd olunur ki, Epşteynin Putinə və Rusiyaya marağı bununla məhdudlaşmayıb. Sənədlər onun uzun illər ərzində Rusiya lideri ilə görüş təşkil etməyə çalışdığını göstərir. Məlumata görə, Putinin adı Epşteynə aid məlumat bazasında təxminən 1000 dəfə qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl də Epşteynin Rusiya ilə mümkün əlaqələri gündəmə gəlib. Bildirilir ki, o, 1998-ci ildə Rusiyanın qapalı nüvə mərkəzi olan Sarov şəhərinə səfər edib. Həmin səfərdə “Microsoft”un həmtəsisçisi Bill Qeytsin müşaviri Natan Mirvold da iştirak edib. Səfərin məqsədinin Rusiyanın elmi potensialını qiymətləndirmək və nüvə elmi mərkəzlərinə mümkün investisiya imkanlarını araşdırmaq olduğu qeyd edilir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm