Sosial
Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” - Video/Foto
Öz mənzillərinə 33 il sonra qayıda bilən Həqiqət və İsa Musayevlər elektrik sərfiyyatına görə 10 min 47 manat borclarının olduğunu öyrəniblər.
Publika.az ARB TV-yə istinadən xəbər verir ki, buna səbəb 33 il həmin mənzildə məcburi köçkün ailəsinin məskunlaşması olub.
Həqiqət Musayeva deyib ki, illər sonra evinə qovuşsa da, bunun sevincini yaşaya bilməyib.
Onun sözlərinə görə, hazırda borc səbəbindən mənzildə elektrik enerjisi yoxdur: “Mən bunu niyə ödəməliyəm?! Başa düşmürəm. Özüm yaşayıb o işığı yandırsam, ödəməyə hazıram”.
İsa Musayev isə bildirib ki, keçmiş məcburi köçkün 10 min borcla yanaşı, evi də yararsız vəziyyətə qoyub: “Evə baxın, balkonda bir “kamaz” zibil qoyub gedib. İndiyədək onlar yaşadığı üçün işıq da onların adına idi”.
Məlum olub ki, evin müvəqqəti sakini Balakişi Allahverdiyev ona ayrılan limitdən artıq istifadə edib. Məhkəmə yolu ilə evdən çıxarılan həmin ailə mənzilin qapılarını da sındırıb.
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən mövcud vəziyyətdən xəbərdar olduqlarını bildiriblər: “Onlara dəfələrlə xəbərdarlıq edilib, akt tərtib edilib. Elektrik enerjisinin verilişi də dayandırılıb. Lakin Balakişi Allahverdiyev ona ayrılan limitdən artıq istifadə etdiyi üçün 10 min 47 manat borcu yaranıb. Balakişi Allahverdiyev barəsində məhkəməyə müraciət edilib”.
Daha ətraflı videomaterialda:
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?
-
Avropa10:36Ərdoğan Almaniyanı xəbərdar etdi: Avropa dağılacaq
-
Nida Xəbər 09:48Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...
-
MDB09:06Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı: Tofiq İsmayılov saxlanıldı
-
Sosial08:49Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
-
Nəqliyyat08:37Bakının bu yollarında tıxac var - Siyahı
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək





















.jpg)














