Nida Təhlil
Sülhə qarşı təxribat: Baş rollarda Tomas de Vaal və Əkrəm Əylisli - Detallar
Bakı-İrəvan xəttində sülh gündəliyinin inkişafı, siyasi, iqtisadi və ictimai münasibətlərin qurulması istiqamətində praktiki addımların atılması Ermənistandakı revanşistlərin, erməni diasporu/lobbisinin və onlara bağlı qrupların prosesi pozmaq cəhdləri ilə müşahidə edilir. Revanşistlər Azərbaycan-Ermənistan münasibətlərində rəsmi Bakının sülh addımlarını “qeyri-reallıq” kimi təqdim edərək, erməni ictimai rəyini manipulyasiya edir, Paşinyan hakimiyyətinə qarşı ölkə daxilindəki etimadı sarsıtmağa çalışır. Erməni diasporu/lobbisi isə təsir imkanlarından istifadə etməklə Azərbaycana qarşı uydurma yalanlarını beynəlxalq müstəvidə tirajlayır, sülh gündəliyini pozmağa hesablanan təbliğat kampaniyaları təşkil edir. Çünki sülhün əldə edilməsi mövcudluq prinsipləri müharibə və işğala əsaslanan erməni revanşistlərin, diaspor və lobbisinin tarixin arxivinə göndərilməsi perspektivini yaradacaq.
Sülh prosesində itirən tərəflərdən biri də erməni disporu və lobbisinin direktivləri ilə hərəkət edən şəxslər – siyasətçilər, ekspertlər və media nümayəndələridir. Çünki Azərbaycan və Ermənistanın sülh əldə etməsi onlar üçün qazanc mənbəyindən məhrum olmaq deməkdir. Britaniyalı ekspert, jurnalist Tomas de Vaalın təşkilatçılığı ilə fevralın 11-də Londonda keçirilən, məlum və məlun “Daş yuxular” kitabına həsr olunmuş və müəllif Əkrəm Əylisinin “azərbaycanlıların ermənilərə qarşı zorakılığı” haqda qondarma və uydurma iddialarının müzakirə edildiyi “Sakit keçmiş” adlı tədbir erməni revanşistlərin anti-sülh kampaniyası və indiyə qədər münaqişədən böyük pullar qazananların növbəti cəhdi idi.

Tədbirin məqsədi azərbaycanlılar və ermənilər arasında etnik nifrət məsələsinin gündəmə gətirilməsi, keçmişdə baş verən düşmənçilik hislərinin diri saxlanılmasından ibarətdir. İştirakçıların kimliyinə və müzakirələrə baxdıqda, məqsəd daha aydın görünür.
Təşkilatçı: Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi olan britaniyalı jurnalist Tomas de Vaal;
Moderator: tədbirin keçirildiyi “Dash Arts” kafesinin rəhbəri Josephine Burton;
İştirakçılar: erməni jurnalist Mark Qriqoryan, şair və tərcüməçi Katerina E.Young, “Conciliation Resources” təşkilatının Avropa-Asiya Departamentinin əməkdaşı, münaqişələrin həlli və vasitəçilik üzrə mütəxəssis Könül de Moor.
Müzakirələrdə əks-mövqeyə malik heç kimin iştirak etməməsi diqqət çəkir.
Mark Qriqoryan no-varçı mövqeyi ilə tanınsa da, 44 günlük müharibə və sonrasında “erməniliyi”ni göstərərək, Azərbaycanın əleyhinə mövqe sərgiləyirdi. Qriqoryan ermənilərin “soyqırımı” iddialarının müdafiəçisidir.

Könül de Moor Azərbaycan torpaqları işğal altında olduğu dövrdə münaqişənin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edir, işğala son qoyan 44 günlük müharibə və sonrasında isə no-varçı mövqe sərgiləyirdi.

Katerina E.Young Əkrəm Əylinin “Daş yuxuları”nı ingilis dilində tərcümə edərək, onun iddialarının müdafiəsindən çıxış edir.

“Azərbaycanlılar erməniləri qırıb” iddialarının müzakirə edildiyi tədbirdə ermənilərin törətdiyi soyqırımılardan bəhs edilməməsi, iştirakçıların da məxsusi şəkildə erməniləri dəstəkləyənlərdən seçilməsi tədbirin məqsədini açıq şəkildə ortaya qoyur. Erməni musiqiçi Tiqran Aleksanyanın tədbirin açılışında “Sarı gəlini” erməni mahnısı kimi ifa etməsi isə Azərbaycana qarşı art niyyətin nümunəsi idi.

Tədbirin təşkilatçısı Tomas de Vaalın mövqeyi xüsusilə diqqət çəkir. Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə regiona tez-tez səfərlər edən, problemi araşdıran britaniyalı jurnalist bu fəaliyyətinə görə böyük qrantlar əldə edib. Misal üçün, 2003-cü ildə dərc etdiyi “Qara Bağ” kitabı ABŞ-ın Sülh İnstitutunun qrantı hesabına ərsəyə gəlib. Bununla yanaşı, münaqişənin davam etdiyi dövrdə tərəflər mövqelərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Tomas de Vaalın regiona səfərlərində maraqlı idi. Qarabağ münaqişəsinin tədqiqatı ilə dünyada tanınan britaniyalı jurnalist bu fəaliyyətindən ciddi qazanc əldə etdi. 44 günük müharibədən sonra isə vəziyyət T.Vaal üçün də dəyişməyə başladı. Çünki münaqişənin başa çatması onun qrantlar əldə etmək imkanlarını məhdudlaşdırır. Bu kontekstdə T.Vaalın fəaliyyət istiqamətini dəyişmək əvəzinə münaqişəni qızışdırmağa hesablanmış mövqe sərgiləməsi diqqət çəkir.
2022-ci ildən sonra Tomas de Vaalın sürətli “çevrilməsi” baş verdi.
- İntensiv şəkildə “Azərbaycan və Ermənistan arasında yeni müharibə riski böyükdür” kimi açıqlamalar verir,
- “Azərbaycan Ermənistana hücum edə bilər” kimi erməni təbliğatına ruporluq edir,
- Sülhə bağlı səyləri imitasiya, nəticəsi olmayan cəhd kimi qiymətləndirirdi.
Tomas qrantlardan məhrum olması ilə nəticələnəcək sülhə qarşı sabotaj cəhdlərini gizlətmir. 2022-ci ildə Katerina E.Young tərəfindən ingilis dilinə tərcümə edilən Əkrəm Əylinin uydurmalardan ibarət “Daş yuxular” kitabının nəşrinə rəhbərlik etməsi T.Vaalın erməni diasporu/lobbisi ilə işbirliyinə dəlalət edir.

Kitabın təcrüməçisi Katerina E.Youngun “Daş Yuxular” türkdilli dünyada etnik ermənilərə qarşı həm tarixi, həm də müasir zorakılığı təsvir edən ilk bədii əsərlərdən biridir və bu əsərə Azərbaycanda yaşayan erməni kəndlilərinin simpatik təsvirləri də daxildir” sözləri isə Əkrəm Əylisinin həqiqətə və Azərbaycana xəyanətinin tərifi hesab oluna bilər.
Xocalı soyqırımının yaşandığı, torpaqlarının işğal edildiyi Azərbaycanı ermənilərin “qatili” kimi təqdim edən Əylisli milli xəyanətkardır və onun hələ də anti-milli mövqedən əl çəkməməsi bu xəyanəti şüurlu şəkildə etdiyini sübut edir. Əylisli xəyanətinə görə Nobel mükafatı alacağına ümid edirdi, ermənilər onun namizədliyini irəli sürdülər də. Lakin əldə etdiyi yalnız “namizədlik” oldu, əvəzində həqiqətə və Azərbaycana xəyanəti ilə tarixdə qalacaq.

Ən pisi odur ki, Əylislinin “Daş yuxular” uydurmaları özündən sonra da ermənilərin Azərbaycana qarşı ittihamlarını/iddialarını “arqumentləşdirmək” üçün miras kimi istifadə edəcəyidir. Münaqişə bitib, Azərbaycan və Ermənistan arasında sülh prosesi başlayıb, revanşist ermənilər isə hələ də Əylislidən istifadə edir. Münaqişə dövründə Azərbaycan torpaqlarının işğalına hesablanmış erməni siyasətinə xidmət edən Əylisli post-münaqişə dövründə anti-sülh gündəliyinə xidmət edir. Londonda Tomas de Vaalın sülh prosesini pozmaq və etnik qarşıdurmanı “diri saxlamaq” məqsədilə təşkil etdiyi tədbirdə Əylisinin Katerina E.Younga və Tomas de Vaala verdiyi müsahibənin yayımlanması və “Daş yuxular” uydurmasının müzakirə edilməsi bunun əyani nümunəsidir. Əylisi isə milli xəyanət missiyasından əl çəkmir, Azərbaycana qarşı erməni planlarına həvəslə xidmətə davam edir.
Asif Nərimanlı
-
İdman16:52"Qarabağ"dan Bəhlulla bağlı şok xəbər: Uzun müddətə sıradan çıxdı
-
Hadisə15:48Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər saxlanıldı - VİDEO
-
Səhiyyə15:08Nazirlikdən üzərliklə bağlı xəbərdarlıq: Kiçik hissəcikləri belə...
-
Magazin114:26Balaəlidən Rəşadla bağlı paylaşım - Foto
-
Region13:52Ermənistanda da ət bahalaşdı: Səbəbi nədir?
-
MDB13:34Rusiyaya köçmək istəyən azərbaycanlılara xəbərdarlıq: Putin yeni qaydanı təsdiqlədi
-
Dünya12:40ABŞ tələb edir: Ukraynanı Ankaradakı tədbirə buraxmayın
-
İdman12:16İngilislər hakimi haqsız çıxardı: "Qarabağ"ın qapısına penalti təyin olunması yanlış idi















.jpg)

























