Dünya
Partizan dronları bu ölkənin ordusunu diz çökdürdü
Kolumbiyanın çoxmilyardlıq hərbi büdcəsi, üsyançıların hökumət qüvvələrinə hücum etmək üçün kütləvi şəkildə istifadə etdiyi ucuz pilotsuz uçuş aparatları (PUA) qarşısında aciz qalıb.
Publika.az "New York Times"a istinadla xəbər verir ki, söhbət yarım əsrdən çox davam edən uzunmüddətli münaqişədə baş verən real texnoloji inqilabdan gedir.
Venesuela ilə həmsərhəd rayonda dövlət neftvurma stansiyasını qoruyan əsgərlər 15 gün ərzində dron sürülərinin hücumlarını dəf ediblər. Onlar 50-yə yaxın aparatı vura bilsələr də, 16-cı gün göyərtəsində dörd qumbara olan və pestisidlərin çilənməsi üçün nəzərdə tutulmuş daha böyük bir maşın peyda olub. Onu vaxtında aşkar etmək mümkün olmayıb və baş verən partlayış bir hərbi qulluqçunun həyatına son qoyub.
Nəşrin təhlükəsizlik xidmətlərindəki mənbələrinin bildirdiyinə görə, yaraqlılar tərəfindən dronların istifadə sürəti qorxulu dərəcədə artır. Aparatlar birbaşa Kolumbiyada, o cümlədən "Temu" kimi internet platformaları vasitəsilə alınır və ya cəngəlliklərlə örtülü olan, demək olar ki, tamamilə nəzarətsiz qalan sərhəddən — qonşu Venesueladan qaçaqmalçılıq yolu ilə gətirilir.
Hərbçilər arasında xüsusi narahatlıq doğuran məqam partizanların əlində optik-lifli kabellə idarə olunan PUA-ların peyda olmasıdır. Bu texnologiya dronları əksər radioelektron mübarizə vasitələrinə qarşı dözümlü edir, çünki siqnalı kəsmək mümkün olmur. Latın Amerikası Sülh və Təhlükəsizlik İnstitutunun araşdırmasında qeyd olunur ki, 30 kilometrlik optik-lifli makara yaraqlılara 600 dollardan daha ucuz başa gəlir.
Prezident Qustavo Petro hələ ötən ilin sonunda cinayətkarların havada üstünlük əldə etdiyini etiraf etmişdi: bir neçə ay ərzində dron zərbələri nəticəsində 58 hərbçi və polis həlak olub, daha 300 nəfər isə yaralanıb. Ümumilikdə, 2025-ci ildə bu növ 8 minə yaxın hücum qeydə alınıb və bu hücumların qurbanları təkcə hüquq-mühafizə orqanlarının əməkdaşları deyil, həm də dinc sakinlər olub.
Hüseyn İbadlı
-
Magazin205:45Salsa musiqisinin banisi vəfat etdi
-
İdman05:15Ronaldo iki gün oruc tutubmuş...
-
Region03:43Türkiyəli politoloq BRİKS-ə çağırış etdi
-
Magazin203:13Çiyini açıq köynəkdə ətir brendini reklam etdi
-
Magazin102:12Rəqsanənin əri: ”Üstünə qışqırmışam ki...“
-
Hadisə00:45Bakıda birinci kurs tələbəsi faciəli şəkildə həlak oldu
-
İdman00:15“Real Madrid” məğlub oldu
-
Qoroskop00:00Günün ulduz falı - Onların gizli niyyətlərini öncədən hiss edəcəksiniz































