ABŞ narahatdır: İran bu yolla cavab verə bilər
Bizi izləyin

Dünya

ABŞ narahatdır: İran bu yolla cavab verə bilər

ABŞ və Qərb müttəfiqləri İranın nəzarətində olan qrupların Avropa və Yaxın Şərqdəki Amerika hədəflərinə qarşı mümkün hücumları ilə bağlı narahatlıq keçirir.

Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Kəşfiyyat mənbələrinə istinad edən nəşr yazır ki, Vaşinqton Tehrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyat qərarı veriləcəyi halda cavab ssenarilərini nəzərdən keçirir.

Məlumata görə, hücum hazırlığına dair birbaşa sübut yoxdur. Lakin İran tərəfdarı qruplar arasında ələ keçirilmiş rabitə əlaqələrinin kəskin artması mümkün koordinasiya və planlaşdırma ehtimalını gücləndirir. ABŞ rəsmiləri bu aktivliyi “qeyri-adi dərəcədə yüksək” qiymətləndirir.

Kəşfiyyat məlumatlarında Yəməndəki husilərin Qırmızı dənizdə gəmilərə hücumları bərpa edə biləcəyi, Livandakı "Hizbullah"ın isə ABŞ hərbi bazaları və səfirliklərini hədəf ala biləcəyi qeyd olunur. Digər radikal qrupların da prosesə cəlb olunması istisna edilmir.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi CBS telekanalına bildirib ki, ABŞ-ın hücumu halında Tehran bölgədəki Amerika hədəflərinə cavab vermək hüququnu saxlayır. O, müttəfiq qüvvələrin mümkün iştirakına dair suala isə konkret cavab verməyib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm