Papa XIV Leo 4 ölkəyə səfər edəcək
Bizi izləyin

Dünya

Papa XIV Leo 4 ölkəyə səfər edəcək

Roma Papasının Afrikaya səfəri planlaşdırılır.

Publika.az xəbər verir ki, aprelin 13-dən 23-dək baş tutacaq səfər onun qitəyə ilk böyük xarici səfəri olacaq.

Papa XIV Leo Əlcəzair, Anqola, Ekvatorial Qvineya və Kameruna səfər edəcək.

Gözlənilir ki, Papa dünya liderlərini Afrikada inkişafın dəstəklənməsinə çağıracaq, həmçinin katolik–müsəlman dialoqunun təşviqi və dinlərarası əməkdaşlıq səylərinə diqqət yönəldəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm