Ronaldolu Portuqaliya bu arenada oynamaqdan imtina edə bilər
Bizi izləyin

İdman

Ronaldolu Portuqaliya bu arenada oynamaqdan imtina edə bilər

Portuqaliya milli komandasının mart ayının sonunda Meksika ilə yoldaşlıq oyunu keçirməsi planlaşdırılır.

Oyun təmir olunmuş “Estadio Azteka” stadionunun açılışını qeyd etmək üçün planlaşdırılırdı.

Publika.az xəbər verir ki, Meksikadakı iğtişaşlar bu planlara təsir göstərə bilər. “The Touchline” qəzetinin məlumatına görə, Portuqaliya millisinin bəzi üzvləri təhlükəsizlik səbəbi ilə mart ayında Meksikada oynamamağı düşünürlər.

Matçın ABŞ-a keçirilməsi variantı nəzərdən keçirilir. Xatırladaq ki, Meksika, ABŞ və Kanada ilə birlikdə bu yay Dünya Kubokuna ev sahibliyi etməlidir.

Bir gün əvvəl Meksika prezidenti ictimaiyyəti turnirin təhlükəsiz keçiriləcəyinə əmin edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm