Region
Paşinyandan seçki həmləsi: Ermənistanda pensiyalar bu qədər artırıldı
Ermənistanın Baş naziri Paşinyan 1 apreldən etibarən pensiyaların artırılacağını elan edib.
Publika.az xəbər verir ki, o, bu barədə video müraciətində bildirib.
Onun sözlərinə görə, nisbətən aşağı pensiyalar 10.000 dram (26.50 dollar) artacaq, yüksək pensiyalar isə daha az artacaq. O qeyd edib ki, keşbek nəzərə alındıqda, artım daha yüksək olacaq.
Baş nazir pensiyaların niyə indi artırılması məsələsinə də toxunub.
“Birincisi, 2025-ci ildə Ermənistanda iqtisadi artım, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən proqnozlaşdırılandan daha yüksək olub. Bu, əlavə imkanlar yaradır və Ermənistan vətəndaşları bunları birbaşa yaşamalıdırlar”, - deyə Paşinyan qeyd edib.
Baş nazir qeyd edib ki, "Yanvar və fevral aylarındakı vəziyyətin təhlili göstərir ki, proqnozlarımız doğru olub".
Paşinyanın sözlərinə görə, artım minimum pensiyanı minimum istehlak səbəti ilə uyğunlaşdırmaq məqsədi daşıyır və hakimiyyət bunu 2026-cı ilin iyun ayına qədər etməyi vəd vermişdi.
Qeyd etmək lazımdır ki, qərar Ermənistanda 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərindən bir neçə ay əvvəl verilib.
Tural
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar







.jpg)
































