İdman
Messi bu ölkənin millisində oynaya bilərmiş: Dilə tutublar, inandırmağa çalışıblar ki…
“İnter Mayami”nin 38 yaşlı argentinalı yarımmüdafiəçisi Lionel Messi karyerasının əvvəlində vətəndaşlığını dəyişdirmək ehtimalından danışıb.
Publika.az xəbər verir ki, Messi İspaniyanın ona maraq göstərdiyini və onu milli komandada oynamağa razı salmağa çalışdığını qeyd edib.
“beIN Sports” Messinin sözlərini sitat gətirib: “Bir vaxtlar İspaniya millisi mənimlə əlaqə saxladı. Məni inandırmağa çalışdılar. Mən argentinalıyam, amma çox gənc yaşlarımda Barselonaya gəlmişəm. İspaniyada oynamaq imkanım var idi, amma həmişə Argentinanı təmsil etmək istəyirdim”.
Messi Argentina millisində debütünü 17 avqust 2005-ci ildə Macarıstanla matçda edib. O, oyuna 64-cü dəqiqədə daxil olub, lakin bir dəqiqə sonra rəqibinin boğazına şiddətli yumruq vurduğuna görə meydandan qovulub.
Uğursuz başlanğıca baxmayaraq, Messi milli komandada 196 oyun keçirib və 115 qol vurub. O, milli komanda ilə iki dəfə Amerika Kuboku titulunu və 2022-ci il Dünya Kubokunu qazanıb.
-
Sosial08:24Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
-
ABŞ08:10Tramp Zelenskiyə 1 ay vaxt verdi
-
İdman07:15Messi bu ölkənin millisində oynaya bilərmiş: Dilə tutublar, inandırmağa çalışıblar ki…
-
Qoroskop01:40Günün ulduz falı: Keçmişdən gələn bir xatirə və ya əşya sizi duyğulandıracaq
-
Magazin125 Fevral 23:35Roza Cəlilovanın mirası ətrafında qalmaqal - DİN-dən reaksiya
-
Ekologiya25 Fevral 23:15Günəşdə güclü partlayış baş verdi
-
Magazin125 Fevral 22:34Tolikə yüksək vəzifə verildi
-
İdman25 Fevral 21:39"Traktor" İrandan FIFA-ya şikayət etdi - Rəsmi





















.jpg)










.jpg)



