Moskvadan Kubadakı atışmaya reaksiya: Vaşinqtonun aqressiv təxribatıdır
Bizi izləyin

Dünya

Moskvadan Kubadakı atışmaya reaksiya: Vaşinqtonun aqressiv təxribatıdır

ABŞ bayrağı altında üzən qayığın Kubanın ərazi sularına daxil olması ilə bağlı insident Vaşinqtonun aqressiv təxribatıdır.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə deyib.

Diplomat müvafiq suala cavab olaraq bildirib ki, "Bu, ABŞ-ın aqressiv təxribatıdır və məqsədi vəziyyəti gərginləşdirmək və münaqişəni partlatmaqdır".

Daha əvvəl Kuba Daxili İşlər Nazirliyi ABŞ bayrağı altında üzən qayığın Kuba sularına girərək atəş açdığı barədə açıqlama vermişdi. Nazirliyin məlumatına görə, atışmada dörd amerikalı həlak olub, altı nəfər isə yaralanıb.

“The New York Times” (NYT) qəzeti mənbələrə istinadən bildirib ki, qayığın ABŞ Hərbi Dəniz Qüvvələri və ya Sahil Mühafizəsi ilə heç bir əlaqəsi yoxdur. Qəzetə bir mənbə bildirib ki, atışmada Kubadan qohumlarını təxliyə edən ABŞ mülki gəmisi iştirak edib.

ABŞ Dövlət Katibi Marko Rubio ABŞ administrasiyasının rəsmilərinin qayıq hadisəsi ilə heç bir əlaqəsi olmadığını bildirib. O, həmçinin hadisəni "qeyri-adi" adlandırıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm