Avropanın nüvə raketləri: Rusiya onları da ələ keçirəcək
Bizi izləyin

Dünya

Avropanın nüvə raketləri: Rusiya onları da ələ keçirəcək

Rusiyanın raketdən müdafiə sistemləri növbəti onillikdə Britaniya və Fransanın nüvə başlıqlarını ələ keçirə biləcək səviyyəyə çatacaq.

Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri Britaniya Krallığı Birləşmiş Xidmətlər İnsitutunun (RUSI) hesabatına istinadən məlumat yayıb.

Hesabata görə, ABŞ müxtəlif nüvə arsenalına malik olsa da, Britaniya və Fransa əsasən məhdud sayda dəniz raketlərinə güvənir.

RUSI eksperti Sidxart Kauşal bildirib ki, Moskvaya zərbə endirmək qabiliyyəti Avropanın nüvə silahlarından çəkindirmə sisteminin müstəqilliyinin təməlidir, lakin ABŞ-ın diqqətini Çinə yönəltməsi bu potensialı zəiflədə bilər.

Qeyd edək ki, Avropada nüvə potensialının yaradılması müzakirələri aktivləşib. Fransa, Almaniya və İsveç mövzuya açıqlıq nümayiş etdirdikləri halda, Britaniya ehtiyat edir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm