Dünya
Baxçalının Ərdoğana hədiyyəsi gündəm oldu: Görün nə bağışlayıb - Foto
MHP sədri Dövlət Baxçalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana doğum günü münasibətilə maraqlı hədiyyə təqdim edib.
Publika.az xəbər verir ki, Baxçalı 72 yaşı tamam olan prezidentə 72 ədəd qırmızı gül dəstəsi və xüsusi hazırlanmış rəsm əsəri bağışlayıb.
Hədiyyə həm siyasi, həm də mənəvi mesajları ilə Ankara siyasi dairələrində müzakirələrə səbəb olub. Baxçalının təqdim etdiyi əsər taxta qutu içərisində hazırlanıb. Əsərdə lazer texnologiyasından istifadə edilərək həkk olunmuş İslam ölkələrinin xəritəsi var.
Xəritənin üzərində Qurani-Kərimin Əl-Fəth surəsinin 1 və 2-ci ayələrindən “Şübhəsiz ki, Biz sənə açıq-aydın bir fəth bəxş etdik” sözləri əks olunub.
Kompozisiyanın yuxarı hissəsində Allah, aşağı hissəsində Məhəmməd peyğəmbərin adı yazılıb, künclərdə isə dörd xəlifənin adlarına yer verilib. Əsər Anadolu türk naxışları ilə bəzədilib, metal lövhələr, xüsusi mina işləmələri və zərgərlik elementlərindən istifadə olunaraq hazırlanıb.
Roza
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"














.jpg)




















