Dünya
Yunanlar heyrət içində: Türkiyə Avropada dördüncü yerdədir
Yunanıstanın “GoCar” portalı Türkiyədə avtomobil satışları ilə bağlı araşdırma aparıb. Sayt mövzuya dair “Türkiyədən qorxulu rəqəm gəldi” başlıqlı təhlil yazısı dərc edib.
Publika.az xəbər verir ki, təhlildə Türkiyənin daim inkişaf eməsinin avtomobil satışlarına da təsir etdiyi vurğulanıb.
Məqalədə 2025-ci il Türkiyənin avtomobil bazarı üçün ən uğurlu il kimi təsvir edilib və bildirilib ki, 1 368 400 satışla 10,62 faiz artım qeydə alınıb. Məlumata görə, bu satışlardan 1 084 496-sı minik avtomobilləri, 283 904-ü isə kommersiya avtomobilləri olub.
Türkiyənin elektrikli nəqliyyat vasitələri baxımından birbaşa Avropanı hədəf aldığı qeyd olunub. 2025-ci ildə 191 960 ədədə çatan satışlar 2024-cü illə müqayisədə təxminən 82,27 faiz artım göstərib. Bu rəqəm Türkiyəni Avropada Böyük Britaniya, Almaniya və Fransadan sonra dördüncü yerədə qərarlaşdırıb.
"Türkiyə daim inkişaf edir və bu, avtomobil satışlarında əks olunur. Xüsusilə elektrikli avtomobillərdə Avropa indi Ankaranın gözünün içinə baxır. Avtomobil sektoru, geridə qaldığımız sektorlar arasındadır. Alıcılar bizdən daha çox elektrikli nəqliyyat vasitələrinə üz tuturlar", - məqalədə qeyd olunub.
Roza
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu















.jpg)



















