İdman
"Qarabağ"ın qapıçısı özünü İngiltərə klublarına təklif etdi
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski "Nyukasl"a uduzduqları Çempionlar Liqası matçından sonra özünü İngiltərə klublarına təklif edib.
Publika.az xəbər verir ki, 25 yaşlı qolkiper bu barədə "Sun Sport"a açıqlama verib. Polşalı oyunçu İngilətərəyə mümkün transferi barədə bunları deyib:
"Bu, mənim ən böyük arzumdur. Ümid edirəm ki, bu oyunları təkcə azarkeşlər izləməyib və haqqımda müsbət fikirlər səsləndiriblər. Həm də ümid edirəm ki, Premyer Liqa və ya Çempionşip komandarının skautları məni izləyib və gələcəkdə transferim üçün addım ata biləcəklər".
Koxalski hər zaman ən yaxşı oyununu göstərməyə çalışdığını söyləyib:
"Həmişə komandama kömək etməyə çalışıram. Bu iki matçda 9 qol buraxmışam. Əlbəttə ki, bundan razı deyiləm. Ümumiyyətlə, uduzduğun və 6 qol buraxdığın oyun heç vaxt yaxşı sayıla bilməz".
Xatırladaq ki, Koxalski Bakıda uduzduqları (1:6) görüşdə bir neçə qurtarışla yadda qalıb. O, səfərdəki görüşdə (2:3) də seyvləri təkrarlayıb. Çərşivə qoruyucusu hazırda qitənin bir nömrəli klub turnirində ən çox qurtarış edən üçüncü qapıçıdır - 45 dəfə.
Heybət
-
Magazin115:40“Məni Xoşqədəmin əlindən alın” – Səidədən kömək istəyən qadın kimdir - VİDEO
-
İdman14:52"Qarabağ"ın qapıçısı özünü İngiltərə klublarına təklif etdi
-
Region12:40Təsdiqləndi: ABŞ-ın Xamenei ilə bağlı planı belədir
-
İdman12:15Nəriman "Kolambus Kryu"nun düşərgəsinə nə vaxt qoşulacaq? - ABŞ-dan proqram göndərilib - Açıqlama
-
Dünya11:37ABŞ onları müharibəyə hazırlayır: Hədəfdə Türkiyədir
-
Köşə11:18Alim yatanda...
-
Dünya11:06MKİ İrandakı adamlarına farsca müraciət etdi: "Qaranlıq şəbəkə" vasitəsilə...
-
Nida Xəbər 10:42Orxan Məmmədliyə yüksək vəzifə verildi









.jpg)



.jpg)


















.jpg)




