Fırıldaqçılar bu yolla pul oğurlayırlar - Mərkəzi Bank
Bizi izləyin

Dünya

Fırıldaqçılar bu yolla pul oğurlayırlar - Mərkəzi Bank

İnternet dələduzları Rusiya vətəndaşlarını aldatmaq üçün yeni sxem icad ediblər. Onlar önəmli faylların göndərilməsi adı ilə pulları oğurlamağa başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Bankı rəsmi saytında məlumat yayıb.

Bildirilib ki, cinayətkarlar sosial şəbəkələrdə və messencerlərdə zərərli məzmunlu fayllar yayırlar. Bu fayllar pulsuz elektron kitablar, antivirus proqramları və digər faydalı servis kimi gizlədilir. Belə fayl yüklənib açıldıqdan sonra dələduzlar qurğuya uzaqdan giriş əldə edirlər.

Bu isə onlara SMS-ləri oxumağa, zəng jurnalına baxmağa və smartfonun funksiyalarını idarə etməyə imkan verir. Vurğulanıb ki, bu yolla cinayətkarlar bank tətbiqlərinə nəzarəti ələ keçirə və vəsaitləri oğurlaya bilərlər.

Vətəndaşlara, tanımadıqları şəxslərdən gələn keçidlərə daxil olmamaq və onlardan alınan faylları açmamaq tövsiyə edilib. Həmçinin istifadəçilərə antivirus proqramı quraşdırmağın və onu mütəmadi yeniləməyin vacibliyi xatırladılıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm